Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda delimitasiya aparılan kəndlə bağlı iddialara cavab: "Sənədləri səhv verilib"
"Əvvəllər Tavuşun Kirants (Günən) kəndinin sakinlərinə daşınmaz əmlaka dair kadastr şəhadətnamələri səhvən verilib".
Bu sözləri Ermənistan Ədliyyə Nazirliyi hüquqşünas Vardan Poqosyanın iddialarına cavab olaraq bildirib.
Qeyd edək ki, Poqosyan müsahibələrinin birində kəndlilərin evlərini və torpaq sahələrini delimitasiya çərçivəsində əlindən almağa heç kimin ixtiyarının olmadığını, əllərində arayışların olduğundan həmin torpaqların Ermənistan ərazisi olduğunu iddia etmişdi.
Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Mənbə: Sputnik Ermənistan
Rəylər