Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu
Əfqanıstanın böyüklüyünə görə üçüncü əyaləti olan Badgisdə televiziyanın fəaliyyəti dayandırılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi (AFJC) hüquq müdafiə təşkilatı məlumat yayıb.
Bildirilir ki, bu tədbirlər yerli hakimiyyətin reportajlarda canlı varlıqların göstərilməsinə qoyduğu qadağa ilə əlaqədar görülüb.
Təşkilat "Taliban" hərəkatının nümayəndələrini medianın azadlığını məhdudlaşdıran bu reqressiv tədbiri yenidən nəzərdən keçirməyə çağırıb.
"Əfqanıstan Jurnalistika Mərkəzi bu qərarla bağlı ciddi narahatlığını ifadə edir", - deyə AFJC-nin bəyanatında bildirilib.
Xatırladaq ki, Əfqanıstanda avqustun sonunda nəşr olunan qanunlar məcəlləsinə görə, kişilərə saqqalı qırxmaq və cins şalvar geyinmək qadağan edilib.
Rəylər