Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənubi Koreya qonşusundan qoxulu "hədiyyə" aldı: Polis hava şarlarını yığır
Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib.
Məlumata görə, şarların içərisində müxtəlif tullantılar - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub.
Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb. Ölkə silahlı qüvvələrinin baş qərargah rəislərinin komitə nümayəndəsi bildirib ki, onlar ətraflı təhlil üçün yığılıb.
"Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir, biz KXDR-i qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırmağa çağırırıq", - deyə komitədən məlumat verilib.
Mənbə: Kommersant
"Şimali Koreya" teqi üzrə xəbərlər
- Kim Çen In: "Heç vaxt bu qədər yüksək risk olmayıb"
- KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"
- Kim Çen Inın bacısı Koreya yarımadasında mümkün müharibə barədə xəbərdarlıq edib
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
Rəylər