Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniya baş naziri "Avropa Siyasi Birliyi" sammitinin əsas mövzusunu açıqladı
"İngiltərənin Oksfordşir qraflığında keçirilən "Avropa Siyasi Birliyi" Sammitində iştirak edənlər qeyri-qanuni miqrasiya ilə mübarizəni prioritet hesab ediblər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer tədbirin sonunda keçirdiyi mətbuat konfransında deyib.
"Biz qeyri-qanuni miqrasiyaya yanaşmamızı nəzərdən keçiririk, bu gün əsas mövzu bu idi. Biz qeyri-qanuni mühacirlərin daşınması ilə məşğul olan qruplarla mübarizə aparacağıq, onların biznes modelini pozacaq və sərhədlərimizi qoruyacağıq", - Britaniya hökumətinin başçısı deyib.
O, xüsusilə qeyd edib ki, Böyük Britaniya Avropa Polis Agentliyində (Avropol) "mövcudluğunu artıracaq", Slovakiya və Sloveniya ilə miqrasiya sahəsində əməkdaşlığa dair yeni sazişlər bağlayacaq.
"Avropa Siyasi Birliyi Sammiti - 2024" teqi üzrə xəbərlər
- Makron və Paşinyanın Azərbaycan Prezidentinə uduzduqları məqam
- İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edib
- Prezident İlham Əliyev Oksfordda litvalı həmkarı Gitanas Nauseda ilə görüşüb
- Şarl Mişel: "Aİ Bakı ilə İrəvan arasında birbaşa dialoq üçün mümkün olan hər şeyi etməyə çalışıb"
- İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
Rəylər