Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BMT-nin iclasında Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
BMT Təhlükəsizlik Şurasının iclası helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"BMT Təhlükəsizlik Şurasının üzvləri mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər rəsmi şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər", - deyə nəşr yazıb.
UN Security Council members observe a moment of silence in remembrance of Iranian President Seyyed Ebrahim Raisi, Foreign Minister Hossein Amir-Abdollahian and other officials who died in a helicopter accident on 19 May pic.twitter.com/QLGzgA4q00
— UN News (@UN_News_Centre) May 20, 2024
Rəylər