Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan məşhur avtomobil markası üçün ikinci ən böyük bazara çevrilib
"AvtoVAZ" bu ilin yanvar-aprel ayları ərzində 110 montaj dəsti göndərərək Azərbaycana tədarük həcmini xeyli artırıb.
İlin ilk üçdəbirində ən populyar avtomobil "Lada Niva Legend" modeli olub. O, göndərilən dəstlərin ümumi həcminin demək olar ki, 40%-ni təşkil edib. Populyarlıq baxımından onun ardınca "Lada Niva Travel" və "Granta" modelləri gəlir.
Qeyd olunur ki, bu ilin ilk dörd ayında Azərbaycana komplektlərin tədarükü "AvtoVAZ"ın bu ölkəyə ümumi ixracının təxminən yarısını təşkil edib. Azərbaycana montaj dəstləri ilə yanaşı, hazır avtomobillər, o cümlədən "Vesta", "Granta" və "Niva" modelləri də göndərilir. "AvtoVAZ"ın Azərbaycana ümumi tədarükləri 2024-cü ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artaraq ölkəmizi Rusiya avtomobil istehsalçısının ikinci ən böyük xarici bazarına çevirib.
Xatırladaq ki, martın 29-da Azərbaycanda "Lada" avtomobillərinin yığılması istehsalına başlanılıb.
Mənbə: speedme.ru