Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
Avstraliya hökuməti ölkə tarixində ilk dəfə köləliklə mübarizə üzrə xüsusi komissar vəzifəsi təsis edib. Bu vəzifəyə "Walk Free" beynəlxalq insan hüquqları təşkilatının rəhbəri Kris Evans təyin edilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğundan bəyan edilib.
Bildirilib ki, Avstraliyanın ilk köləliklə mübarizə komissarı dekabrın 2-də işə başlayacaq və onun səlahiyyət müddəti beş il olacaq.
"Müasir köləlik məcburi nikahlar, məcburi əmək, aldatma yolu ilə işə cəlb etmə və borc asılılığı kimi təcrübələr də daxil olmaqla, insan alveri və istismarın bir çox növünü əhatə edir. Köləliklə mübarizə komissarı hökumətin bu hadisənin qarşısının alınması istiqamətində işini istiqamətləndirəcək və əlaqələndirəcək, həmçinin köləlik qurbanlarına dəstək göstərəcək", - deyə Dreyfus bildirib.
O, həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti yeni komissar və onun ofisinin işinin təmin edilməsi üçün 5.3 milyon dollar (təxminən 9 milyon manat) ayırıb.
"Avstraliya" teqi üzrə xəbərlər
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Sidneydə qəfil peyda olan yüzlərlə qara kürənin sirri açıldı: Alimlər yeni bilinməzlik qarşısında
- Dünyanın ən nəhəng timsahı öldü
- Avstraliyada ən böyük narkotik laboratoriyası məhv edilib
- Avstraliya senatorundan ölkədə səfərdə olan III Çarlza etiraz: "Siz bizim kralımız deyilsiniz"
Rəylər