Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ senatoru bir neçə ştatın Kanadaya birləşdirilməsini təklif edib
Nyu-York ştatının senatoru Liz Krüger ABŞ-nin şimal-şərq ştatlarının, o cümlədən Nyu-York, Konnektikut, Massaçusets və Vermontun Birləşmiş Ştatlardan ayrılması və Kanadaya birləşməsi imkanına baxılmasını təklif edib.
Oxu.Az-ın "Newsweek" portalına istinadən məlumatına görə, Nyu-York ştatı Senatının maliyyə komitəsinin sədri Krüger Donald Trampın hakimiyyətə qayıtmasının miqrantlar üçün sığınacaq statusuna görə liberal ştatlara federal maliyyələşdirmənin azaldılması ilə təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Demokrat senator iddia edir ki, yeni seçilmiş prezidentin administrasiyasında artıq belə addımlar müzakirə olunur.
Bu, Krügerin belə bir ideya irəli sürdüyü ilk hal deyil. Sentyabrda "City and State New York" nəşrinə müsahibəsində o, şimal-şərq ştatlarının "Kanadanın cənub-şərq əyaləti" kimi birləşdirilməsini təklif edib.
Senatorun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, lakin ekspertlər bunu real təşəbbüsdən daha çox Trampın siyasətindən narazılığın simvolik ifadəsi hesab edirlər.
"Kanada" teqi üzrə xəbərlər
- Deputat: "Gündə 5 milyon barel neft çıxaran Kanadanın Azərbaycana nəsə deməsi ikiüzlülükdür"
- Tramp üç ölkə ilə bağlı sərt qərar verməyə hazırlaşır
- Diş şaqqıltısı və güclü əzələ spazmaları: Kanadada sirli beyin xəstəliyi gəncləri öldürür
- BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"
- Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul
Rəylər