Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ məhkəməsi İlon Maska 101 milyard dollar təzminatın ödənilməsini bloklayıb
ABŞ-nin Delaver ştatının məhkəməsi İlon Maska "Tesla" şirkətinin 303 milyon səhm opsionu həcmində olan kompensasiya paketinin ödənilməsini təkrarən ləğv edib.
Oxu.Az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Məlumata görə, hazırda onun bonusunun həcmi 101 milyard dollar qiymətləndirilir.
İlk dəfə bu ilin yanvarında Delaver məhkəməsi Maska kompensasiyanın ödənilməsini bloklamışdı. O zaman onun dəyəri 55 milyard dollardan çox qiymətləndirilirdi. Hakim Ketlin Makkormik öz qərarında qeyd edib ki, bu məbləğ "ağlasığmaz" və səhmdarlara qarşı ədalətsizdir.
"Tesla"nın Direktorlar Şurası 2018-ci ildə Maska bonus ödənilməsini təsdiqləyib. Paket şirkətin 12 tranş opsionundan ibarət idi və biznesmen müəyyən göstəricilərə nail olduqda bunları əldə etməli idi.
Maska qarşı iddia "Tesla" səhmdarı Riçard Tornett tərəfindən qaldırılıb. İnvestor bildirib ki, Maska kompensasiya planı ağlabatan çərçivədən kənara çıxır.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı
- Mask Baydenin oğlunu əfv etmək qərarını tənqid edib
- İlon Mask və Donald Trampın birlikdə əyləndiyi video internetdə virus kimi yayıldı
- İlon Mask: "NATO üçüncü dünya müharibəsini təhrik edə bilər"
- Tramp administrasiyasında yeni vəzifə planlaşdırılır: "Süni intellekt çarı"
Rəylər