Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda ilk dəfə! AZTECH-dən təqdirəlayiq addım!
AZTECH şirkətinin əməkdaşları 27.11.2024-cü il tarixində Bakı şəhər Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət ediblər. Şirkət tərəfindən müalicə alan uşaqlar üçün Mərkəzə MSI CLAW oyun konsolları hədiyyə olunub. Məqsəd videooyunlar oynayaraq, müalicə alan uşaqların ətraf mühitdən və doğmalarından təcridin fəsadlarını minimallaşdırmaq, uşaqları darıxmağa qoymamaq, müalicə zamanı ağrı və həyəcanı azaltmağa kömək etməkdir. AZTECH şirkətinin bu təqdirəlayiq təşəbbüsü ölkəmizdə bir ilk olsa da, dünya təcrübəsində artıq tətbiq olunur.
Tədbir haqqında ətraflı məlumat üçün:
Dünyada aparılan tibbi araşdırmalarda, müxtəlif universitetlərin, pediatriya jurnallarının məqalələrində videooyunların müalicə zamanı ağrı və həyəcanı azaltmağa faydası barədə bugünədək xeyli nəşrlər olub. Həmin nəşrlərdə bildirilib ki, videooyunlar nəinki stresi azaltmağa kömək edir, eləcə də uşaqların müalicəsi zamanı ağrını azaldır, onları darıxmağa qoymur, tibbi prosedurlardan öncəki stresi minimallaşdırır, qısası oyun terapiyası xarakteri daşıyır.
Şirkət artıq 26 ildir ki, Azərbaycan bazarında ən böyük kompüter idxalçılarından biri kimi uğurla fəaliyyət göstərir və ASUS, LENOVO, MSI kimi dünya brendlərinin ölkəmizdə rəsmi distribütorudur. Bu təşəbbüs şirkətin sosialyönümlü ilk təşəbbüsü deyil.
Şirkət haqqında daha ətraflı məlumat üçün: https://aztechshop.az
Rəylər