Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yoxlanılmayan müəmmalı ərazi: Goranboy sakininin itkin düşməsində şübhəli bilinən şəxs DANIŞDI - VİDEO
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində Cavidin telefon nömrəsinə edilən son zənglərdə adı çıxan və onun itkin düşməsində şübhəli bilinən Astan Məsim oğlu Cəfərov danışıb.
İddialara görə, Cavidin ailəsinə məxsus olan atlar Astanın ailə üzvləri tərəfindən oğurlanıb və bu hadisədən sonra ailələr arasında ədavət yaranıb.
Səsləndirilən iddialarla bağlı açıqlama verən Astan Cəfərov iki ailə arasında heç bir problem olmadığını və atların oğurlanmasında şübhəli bilinən şəxslərin saxlanıldıqlarını qeyd edib.
Astan Cəfərov barədə bir digər iddia isə Cavidin itkin düşdüyü gün kənd ərazisində polislər tərəfindən aparılan axtarışlar zamanı Astana məxsus olan, istifadə edilməyən sahəyə suyun buraxılması olub. Bu səbəbdən polislər həmin gün sözügedən ərazidə axtarış apara bilməyiblər.
Kənd sakini olan Saleh adlı şəxsin studiayada səsləndirdiyi fikirlər də onun Cavid Bayramovun itkin düşməsində Astanı günahlandırdığını, lakin bunu Cavidin ailəsinə demək istəmədiyi şübhəsini yaradır.
Ətraflı süjetdə: