Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yasamalda avtomobillərin səkiləri zəbt etməməsi üçün basdırılan tumbaları kim oğurlayıb? - FOTO
Bakının Yasamal rayonu, Kamal Rəhimov küçəsi, 30 (yeni ünvan Kamal Rəhimov 2-12), Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişmədə yol kənarındakı avtonəqliyyat vasitələrinin səkiləri zəbt etməməsi üçün nəzərdə tutulan tumbaların kəsilməsi ilə bağlı şəkillər paylaşılıb. Bildirilir ki, dəfələrlə basdırılmasına baxmayaraq, bu dəfə tumbaların bir neçəsi birdən sökülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib ki, ərazilərə baxış zamanı əksər tumbaların, xüsusən də onların metal başlıqlarının oğurlanması faktları aşkarlanıb.
“Bakı şəhərinin müxtəlif ərazilərində avtonəqliyyat vasitələrinin səkiləri zəbt etməməsi üçün tumbalar quraşdırılır. AYNA əməkdaşlarının bu qurğuların yerləşdirildiyi ərazilərə baxışı zamanı əksər tumbaların, xüsusən də onların metal başlıqlarının oğurlanması faktları aşkarlanıb. Zədələnən tumbaların sayı müəyyən edilir və mərhələli qaydada təmir olunur. Dəymiş ziyan müəyyən edilərək müvafiq sənədləşmə aparılır. Sənədlər hüquq-mühafizə orqanlarına araşdırılması və ölçü götürülməsi üçün göndərilir”, - deyə T.Orucov qeyd edib.
O əlavə edib ki, konkret olaraq qeyd edilən ünvanla bağlı fakt aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına araşdırılması üçün müraciət olunub.
Əzizə İsmayılova
"AYNA" teqi üzrə xəbərlər
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- İşğaldan azad olunmuş ərazilərə getməyə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
- "Ukrayna dairəsi"ndə hansı işlər görüləcək?
- Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırılıb
- Bakıda 40-dan çox marşrutun fəaliyyəti bərpa edilir
Rəylər