Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləğinin artırılması son oxunuşda təsdiqlənib
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Oxu.Az xəbər verir ki, layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə ortaaylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə ortaaylıq nominal əməkhaqqının məbləği 1 003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.
Layihə səsverməyə qoyularaq son oxunuşda təsdiqlənib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
- FHN-in keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi
- "Uşaq hüquqları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib
- Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib
- Bələdiyyələr qrant alacaqlar - MM qanunu təsdiqlədi
Rəylər