Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər
"Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib".
Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: "Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur".
H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: "25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi".
A.M.
"Ümrə ziyarəti" teqi üzrə xəbərlər
- Dağıstanda müəlliməyə şagirdlərindən unikal hədiyyə
- Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
- Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI
- İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO
- İranda həcc və ümrə ziyarəti rəsmi olaraq ləğv edilib - FOTO
Rəylər