Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli fermerdən Azərbaycana qeyri-adi üsulla təbrik ismarışı
Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer Burak Tunçkol maraqlı addımı ilə diqqət çəkib. Belə ki, o, 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı qeyri-adi üsulla təbrik edib.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda fermerin şumladığı tarlasında Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü münasibətilə traktorla "Azərbaycan, cümhuriyyət bayramın mübarək olsun!" yazdığı görünür.
Fermerə bu iş üçün təxminən dörd saat lazım olub.
O, bunu yerli serial aktyoru Melikşah Özenin dəstəyi ilə etdiyini vurğulayıb.
"Burada məqsədimiz türklərin birliyini, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya göstərməkdir", - deyə o izah edib.
Tunçkol M.Özenin rejissorluğu ilə çəkilən "Karabağ Zaferi" adlı qısametrajlı filmini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmaq istədiyini bildirib.
M.Özen də milli duyğularla bayram keçirdiklərini və tezliklə Azərbaycanın dövlət başçısı İ.Əliyevi ziyarət etmək istədiklərini deyib.
Mənbə: Alternatif Gazetesi
"28 May - Azərbaycanın Müstəqillik Günü" teqi üzrə xəbərlər
- 28 May - Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib
- Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Qambiya prezidenti İlham Əliyevə məktub göndərdi
- BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
- Xocalıya möhtəşəm qayıdış - Sakinlər özləri ilə şəhərə yeni həyat gətiriblər