Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə şirkətinə Ağdam Sənaye Parkınının rezidentliyi statusu verilib
Türkiyə kapitallı "Asilsoy" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Oxu.Az xəbər verir ki, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, "Asilsoy" Türkiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka ("Karaca", "Schafer") adları ilə 15-dən çox ölkəyə ixrac edilir.
"Ağdam Sənaye Parkı" teqi üzrə xəbərlər
- Elçin Kazımov: "Ağdam Sənaye Parkında iki mindən çox iş yerinin yaradılması nəzərdə tutulur"
- Ağdam Sənaye Parkında yeni rezident
- Azərbaycanda elektrikli avtomobillərlə bağlı İLK
- Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçirilir
- Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib
Ən çox oxunanlar
Rəylər