Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tarixi abidənin ətrafında olan torpaq sahələri mübahisəyə səbəb olub
Cəlilabadda tarixi kurqanın ətrafında olan torpaq sahələri mübahisəyə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadın Moranlı kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd ərazisində yerləşən və qədim abidə kimi qorunan "Cinli Təpə" kurqanı ətrafında olan ərazilər də otlaq sahələri kimi istifadə edilir.
Kənd sakinlərinin sözlərinə görə, bir-neçə ildir ki, bu ərazidən istifadə edə bilmirlər.
İddiaya görə, kənd sakini Fəyaz İbişov ərazinin müvafiq sənədlə ona məxsus olduğunu bildirir. İddiaya görə, 2021-ci ildə tarixi abidənin ətrafında qazıntı aparan Fəyaz İbişov ərazidə süni balıq təsərrüfatı yaratmaq niyyətində olub. Lakin sakinlərin müdaxiləsindən sonra qazıntı işləri dayandırılıb.
Məsələdə adı hallanan Fəyaz İbişov bildirib ki, sözügedən ərazi ona 1998-ci ildə yerli Aqrar islahat komissiyası tərəfindən pay torpaq sahəsi kimi verilib. Ərazidə heç bir tarixi abidə və kurqan mövcud deyil. Buna baxmayaraq, əlində sənəd olduğu halda, illərdir mülkündən qanuni şəkildə istifadə edə bilmir.
Abidə ətrafında baş verənlərə aydınlıq gətirmək üçün 1996-cı ildə Moranlı kənd ərazisi üzrə yerli Aqrar islahatı komissiyasının sədri olmuş Fizuli Əliyev açıqlama verib. Keçmiş sədr bildirib ki, Moranlı kəndi ərazisində mövcud olan "Cinli Təpə" kurqan abidəsi tarixi abidə kimi Mədəniyyət Nazirliyinin invertarı hesab edilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi də məsələyə münasibət bildirib. İdarənin baş məsləhətçisi Tural Məmmədov bildirib ki, Moranlı kəndi ərazisində yerləşən "Cinli Təpə" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 saylı Qərarı ilə 911 inventar nömrəsi ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb. Abidə Regional idarə tərəfindən qorunur. O da qeyd edilib ki, ölkə əhəmiyyətli arxeoloji abidələr satıla və icarəyə verilə bilməz. Sakinlər isə bildiriblər ki, tərəflər arasındakı iddialara məhkəmədə aydınlıq gətiriləcək.
Ətraflı süjetdə:
"Cəlilabad" teqi üzrə xəbərlər
- Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qız ailəsinə təhvil verildi
- Cəlilabadda motosikletçi yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Nişanlı qızın faciəsi atasının da sonunu gətirdi
- Macəra axtaranları ölümə sürükləyən su anbarlarında təhlükəsizlik necə qorunur?
- Cəlilabadda əqrəb və ilanlar sakinlərə hücum edirlər
Rəylər