Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Talassemiyalı xəstələrin valideynlərinə 900 min manatlıq dələduzluq edən qadın həbs edilib
Talassemiyalı xəstələrin valideynlərinə 980 min manatdan çox dələduzluq edən qadın həbs edilib.
Bunu Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki canlı yayımda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
O bildirib ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı bu ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub:
“Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib. Nuridə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.
Rəylər