Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Perinatal Mərkəzdə körpə ölümü: Can verənə qədər həkim xəstəxanaya getməyib
İyulun 21-də Sumqayıt Perinatal Mərkəzdə qeydə alınan körpə ölümünün təfərrüatı məlum olub.
Körpənin atası Elsevər Quliyev bildirib ki, Siyəzən rayonunda doğulan uşağın ağciyərində problem olduğundan Sumqayıt şəhər 1 saylı doğum evinə göndərilib.
Onun sözlərinə görə, körpəsi doğum evinə köçürüldükdən sonra da həkimlə mütəmadi əlaqə saxlayıb.
Körpənin həkimi isə hər şeyin qaydasında olduğunu bildirib.
Lakin bir həftədən sonra həkim körpənin atasına mesaj yazaraq uşağın vəziyyətinin yaxşı olmadığını deyib.
"Xəstəxanaya çatanda gördüm ki, həkim yoxdur. Zəngimə də cavab vermədi. Daha sonra növbəsi olmadığı üçün gələ bilməyəcəyini dedi. Uşaq ölənə qədər xəstəxanaya gəlib çıxmadı", - deyə körpənin atası söyləyib.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, körpə Sumqayıt Perinatal Mərkəzə yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozu ilə köçürülüb.
Anamnezə görə ana hamiləliyi dövründə ağır qrip keçirib və terapevt onu müalicə edib:
"Körpədə tənəffüs çatışmazlığı olduğundan tənəffüs aparatına qoşulub, müayinə edilib və protokola uyğun müalicə aparılıb. Reanimasiya və intensiv terapiya tədbirlərinə baxmayaraq, uşaq tənəffüs və poliorqan çatışmazlığı səbəbindən həyatını itirib".
Daha ətraflı Baku TV-nin materialında:
Rəylər