Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Son bir ayda qrip əleyhinə vaksinasiya olunanların sayı AÇIQLANDI
Sentyabrdan başlayaraq və oktyabrın 10-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 854 nəfərin qrip əleyhinə vaksinasiyası aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, vaksinasiya "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və son bir ayda 0-17 yaş aralığı üzrə 2 486, 18 və daha yuxarı yaş qrupları üzrə isə vətəndaşların 14 368-i qrip əleyhinə vaksinasiya olunub.
Məlumat üçün bildirək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyinin ölkəyə yeni gətirdiyi "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Xatırladaq ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər