Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovla bağlı yenidən məhkəməyə müraciət edilib.
"Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin daha bir neçə ay uzadılması istənilib.
Hakim iş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq F.Qasımovun həbsdə saxlanılma müddətinin üç ay uzadılmasına qərar verib.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
"Qubad İbadoğlu" teqi üzrə xəbərlər
- Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır
- Həbsdə olan iş adamı cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyib
- Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub
- Fazil Qasımovun məhkəməsi başlayır - Qubad İbadoğlunun işi ayrıca icraata götürüldü
- Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək
Rəylər