Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şabranda yeniyetmə dördüncü mərtəbədən yıxıldı
Şabran rayonunda 15 yaşlı yeniyetmə dördüncü mərtəbədən yıxılıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü T.Mədətli ehtiyatsızlıq ucbatından yaşayış binasının dördüncü mərtəbəsindən açıq pəncərədən yıxılıb.
Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
"Şabran Rayon Mərkəzi Xəstəxanası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar