Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qatar biletləri bahalaşıb? - ADY-dən AÇIQLAMA
Artıq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara biletlər standart qiymətlərlə satılmır. Belə ki, əvvəldən bilet alan şəxslər aşağı məbləğdə, səfər gününə yaxın bilet alanlar isə daha çox pul ödəməli olurlar. Bu dəyişikliklərdən isə vətəndaşların xəbəri yoxdur.
Məsələ ilə bağlı ADY-dən Milli.Az-a bildirilib ki, dinamik qiymət siyasətinin daxil olduğu loyallıq proqramına bir neçə gündür ki, başlanılıb.
Bu proses noyabr ayının 1-dən start götürüb.
"Bu ilk növbədə sərnişinlərə səfərlərini əvvəlcədən daha rahat təşkil etməyə imkan verir. Həmçinin ADY-yə əlavə qatar reyslərini daha operativ müəyyən etməyə şərait yaradır. Əsasən bayram günlərində, həftəsonu əlavə reyslər təyin olunurdusa, indi tələbatdan asılı olaraq təyin olunur.
Eyni zamanda sərnişinlər daha tez bilet əldə etdikdə onlara daha çox güzəştlər olur. Qiymət isə bayram günləri və həftəsonlarında dəyişə bilər. Amma 2-3 həftə əvvəldən bileti daha ucuz əldə etmək olur".
Qeyd edək ki, ölkə ərazisində qatarlar Abşeron dairəvi dəmir yolu xətti istisna olmaqla Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edir.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- "Azərbaycan Dəmir Yolları" Asiya İnkişaf Bankı ilə 131 milyon dollarlıq kredit sazişi imzalayıb
- Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Rəylər