Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oğuzda mənşəyi məlum olmayan at əti aşkarlandı - VİDEO
Oğuz rayon Polis Şöbəsinin əməkdaşları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirib.
Oxu.Az xəbər verir ki, RPŞ-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon sakini Vüqar Ziliyevin qanunsuz at əti kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkarlanaraq götürülüb.
Aşkarlanan ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.
Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Faktla bağlı araşdırma aparılır.
"DİN" teqi üzrə xəbərlər
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
- Azərbaycan idmançıları Türkiyədə yeddi qızıl medal qazanıblar
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
Rəylər