Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Nikosayağı”nın törətdiyi qəzada həyatını itirən biznesmen oğlu dəfn edildi - FOTO
Ötən gün gecə saatlarında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vəfat edən Ruslan Məmmədov dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, mərhum bu gün Gəncə şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, R.Məmmədov Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibi Şahin Məmmədovun oğludur.
Hadisə baş verən gecə onun bacısının 20 yaşı tamam olub və ailəsi bunu qeyd etmək üçün xaricdə imiş.
N.Şakirli tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
İlhamə Əbülfət
Rəylər