Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Nikosayağı”nın atası: “Oğlumun psixoloji cəhətdən vəziyyəti yaxşı deyil” - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib.
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda ağrılar içərisində olduğunu bildirib:
“Oğlum ötən gün xəstəxanadan evə buraxılıb. Vəziyyəti yavaş-yavaş düzəlir. Lakin ağrıları var. Psixoloji cəhətdən də vəziyyəti yaxşı deyil. Qolunun əməliyyatını heç düşünməmişik. Yavaş-yavaş sağalacaq”.
N.Mütəllimov oğlunun mediaya açıqlama verməsinin lazım olmadığını qeyd edib:
“Mediaya açıqlama, düşünürəm ki, lazım deyil. Bu, Nicatın işini daha da çətinləşdirir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Nəzrin Vahid
Rəylər