Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Nikosayağı” barəsində istintaq tədbirləri davam edir” - DİN-dən AÇIQLAMA + FOTO
Avqustun 15-də qəzaya düşən, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli barəsində cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a açıqlamasında istintaq tədbirlərinin davam etdiyini vurğulayıb:
“Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də Bakıda qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Nicat Şakirli sentyabrın 10-da xəstəxanadan evə buraxılıb.
Nəzrin Vahid
Mövzuya aid xəbərlər
- “Nikosayağı”nın dostu: “Ruslanın ailəsi şikayətçi deyil” - AÇIQLAMA + FOTO
- “Nikosayağı” reanimasiyadan çıxmayıb? - TƏBİB-dən AÇIQLAMA
- “Nikosayağı”nın qabırğaları da sınıbmış: TƏBİB son durumunu açıqladı - VİDEO
- TƏBİB “Nikosayağı”nın son durumu ilə bağlı AÇIQLAMA YAYDI - YENİLƏNİB
- “Nikosayağı”nın avtoqəzadan sonra pulqabısı və telefonları oğurlanıb? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO
Rəylər