Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Nikosayağı” adı ilə tanınan bloqerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərildi - VİDEO
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
- “Nikosayağı” bəraət ala bilər? - Hüquqşünas RƏYİ + FOTO/VİDEO
- “Nikosayağı”nın atası: “Media oğlumun işini çətinləşdirir” - AÇIQLAMA + VİDEO
- “Nikosayağı” adı ilə tanınan bloqer xəstəxanadan çıxdı
- Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası: “Deyir dostuma birşey olsa, mən də özümə nəsə edərəm”
Rəylər