Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Qaynarinfo"nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib.
Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl "Modern" şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu "Modern Group"da çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan "Modern" Şirkətlər Qrupuna "Az-Granata" MMC, "Modenis" MMC, "Modern Hospital", "Great Motors", "Mineral Sular" MMC, "Alyans Tekstil", "Agsu Aqropark" QSC şirkətləri daxildir.
Xatırladaq ki, "Aqroservis" ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.
"Məcnun Məmmədov" teqi üzrə xəbərlər
- Azərbaycan Sahibkarlar Konfederasiyası COP29-da bir sıra görüşlər keçirib
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Məcnun Məmmədov: "Kənd təsərrüfatı sağlamlığın əsas nöqtəsidir"
- Məcnun Məmmədov: "Kənd təsərrüfatına maliyyə ayrılması ilə bağlı danışıqlar aparırıq"
- Məcnun Məmmədov: "Kənd təsərrüfatı qlobal miqyasda mühüm sektordur"
Rəylər