Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Muxtar Babayevdən həbs edilən rəislərin yerinə TƏYİNAT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin həbs edilən Regional Meşə Təsərrüfatı mərkəzlərinə direktor əvəzləri təyin edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə İxtiyar Cənnətov, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinə isə Fizuli Məmmədov direktor əvəzi təyin olunublar.
Bununla bağlı nazir Muxtar Babayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, hər iki şəxs həbs olunub. Həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb.
Rəylər