Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başladı
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosunu təqdim edirik:
Qeyd edilib ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.
Məlumatda əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi ilə bağlı yarana biləcək sualların cavablarını təqdim edilib.
"Təhsil İnstitutu" teqi üzrə xəbərlər
- ARTİ tərəfindən "İqlim dəyişmələri və COP29" mövzusunda elmi-praktik seminar keçirilib
- Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?" - "Kaspi"nin həmsöhbəti
- Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlandı
- Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin vakansiya seçiminə başlanılıb
- Təhsil İnstitutunda yeni təyinatlar olub
Rəylər