Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Milli Xalça Muzeyi bu həftə kosmos mövzusuna həsr olunmuş xalçaları təqdim edəcək - FOTO
"Bu gün insanın kosmosa uçuşundan 60 il ötür. Bununla əlaqədar həftə ərzində kolleksiyamızda qorunan kosmos mövzusuna həsr olunmuş xalçaları təqdim edəcəyik".
Bu sözləri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova özünün sosial şəbəkə hesabında yazıb:
"Tanınmış xalçaçı-rəssam Cəfər Mücirinin "Kosmonavtika" xalçasının kompozisiyası süjetli-ornamental quruluşa malik olub, ara sahədə kosmosa yüksələn insan obrazının monumental təsviri ilə tərtib olunub. Bununla yanaşı, ara sahəni ulduzlar, planetlər, məşhur kosmik gəmilər, tağüstü və haşiyə qurşaqlarını isə zəngin gül-çiçək ornamentləri bəzəyir. Müəllif mehrabın başlıq sahəsində sovet dövlətinin qurucusu V.İ.Leninin, ana haşiyə qurşağında isə kosmosu fəth edən Y.Qaqarin, V.Tereşkova, Q.Titov və digər qəhrəman kosmonavtların obrazlarını verib".
"Azərbaycan Milli Xalça Muzeyi" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- Milli Xalça Muzeyinə direktor təyin olundu
- Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb - FOTO
- Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub - FOTO
- Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib - FOTO
Rəylər