Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?
COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkili ilə bağlı keçirilən brifinqdə metronun "Koroğlu", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tibb məntəqələrinin yaradıldığı bildirilib.
Qeyd etmək lazımdır ki, metroda tez-tez halı pisləşən sərnişinlərin sayı az deyil. Bu baxımdan, tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətini davam etdirməsi sərnişinlər tərəfindən arzuolunandır.
Bəs, bu məntəqələr COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.
TƏBİB-dən isə bu suala hələlik cavab verilməyib.
Görünən odur ki, COP29-dan sonra metronun qeyd olunan stansiyalardakı tibb məntəqələrinin fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.