Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zərdabda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu açıqlandı
Ötən gecə Zərdabda baş verən ağır qəza ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 9 avqust 2024-cü ildə, axşam saat 22:00 radələrində Zərdab-Mollakənd yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə 10 nəfər olub.
Qəza nəticəsində 2011-ci il və 2000-ci il təvəllüdlü şəxs (qadın cinsli) hadisə yerində vəfat ediblər.
Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinə gətiriliblər. Daha sonra onlardan 6 nəfər Ağcabədi Rayon Mərkəzi xəstəxanasının Travmatologiya şöbəsinə, 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub. Yaralılardan 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasını Reanimasiya şöbəsinə yerləşdirilsə də, tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Qeyd edək ki qəzada ölən və xəsarət alan şəxslərin hamısı qohumlar olublar.
Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır.
APA-nın yerli bürosunun xəbərinə görə, vəfat edən daha bir uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.
Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb.
Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 9-da saat 23 radələrində Ağcabədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daha sonra xəsarət almış daha bir nəfər səhər saatlarında dünyasını dəyişib, bununla da ölənlərin sayı üç nəfərə çatıb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcabədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şıxbağı kəndində qeydə alınıb.
Belə ki, "Changan" markalı minik maşını yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində azı iki nəfərin öldüyü və çox sayda şəxsin ağır yaralandığı bildirilir.
İlkin məlumata görə, həlak olanlar azyaşlılardır.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Rəylər