Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu gün vəfat edən 21 yaşlı hərbçi Xanlar Əhmədov əslən Sabirabad rayonunun Qalaqayın kəndindəndir.
Oxu.Az xəbər verir ki, o, doğulduğu kənddə torpağa tapşırılacaq.
Xanlar Əhmədovun fotosunu təqdim edirik:
İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.