Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hacı Nuranın köməkçisi: “Almaniyaya yollanmamışdan iki gün öncə çənəsində vəzi şişmişdi”
Aparıcı Hacı Nuran Hüseynovun vəziyyəti bir neçə gün öncə anidən pisləşib.
Oxu.Az xəbər verir ki, aparıcı dərhal müayinə üçün Almaniyaya yollanıb.
Xatırladaq ki, Nuran Hüseynov illərdir xərçəng xəstəliyindən əziyyət çəkir.
Hacı Nuranın səhhəti ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı aparıcının köməkçisi Zakir Quliyevlə danışıb.
Onun sözlərinə görə, Nuran Hüseynovun vəziyyəti anidən pisləşib:
“Nuranı dörd gün olar ki, yola salmışam. Getməmişdən iki gün öncə vəziyyəti pisləşdi. Qızdırması qalxdı, sol tərəfdə çənəsinin altında vəzi şişmişdi. Düşünürəm ki, müayinəyə uzun müddətdir getmədiyi üçün bu hal aşkarlandı. İldə bir dəfə də olsun o müayinə üçün getməlidir. Lakin bir müddətdir ki, o gedə bilmirdi. Karantindən sonra bircə dəfə gedib”.
Z.Quliyev analizlərin cavabının hələ çıxmadığını qeyd edib:
“Hər gün mütəmadi olaraq əlaqə saxlayıram. Danışığından vəziyyətini bilmək olmur. Yola salanda çox halsız idi. Möhkəm olmağa çalışır. Düşünürəm ki, analizlərinin cavabı hələ çıxmayıb. Bu səbəbdən məlumat vermir. Belə olanda da tam danışmaq mümkün olmur. Lakin cavablarının çıxmadığından əminəm. Hacının vəziyyəti kəskin ağır deyil”.
Zakir Quliyev sonda bu gün ərzində hələ Nuran Hüseynovla danışa bilmədiyini əlavə edib.
Qeyd edək ki, N.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Nəzrin Vahid
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər