Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok DETALLARI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.
Oxu.Az-ın məlumatına görə, 11 sentyabr 2024-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.
Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.
Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.
Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ
- Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb?
- Bakıda BEŞ MİLYONLUQ əməliyyat: "TOST"un başçılarından biri ələ keçdi
- Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb
Rəylər