Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DİN: "Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir"
"Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, polis əməkdaşlarına dünən avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, bir tapança, iki tüfəng, iki patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib.
"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edirlər. Bilirlər ki, əməliyyat tədbirləri ilə tutulsalar, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaq. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağlı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbiləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək.
Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır, Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək", - deyə xidmət rəisi bildirib.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Bakıda hərbi sursat aşkarlanıb
- DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib, "AKS-74" markalı avtomat silah götürülüb
- Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı
- Balakən sakinindən tapança götürülüb
Rəylər