Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: "Universitetlərdə 85-90 yaşında müəllimə işləməyə icazə verirlər, amma məktəbdə yox"
"Universitetlərdə 85-90 yaşında müəllimə işləməyə icazə verirlər, amma orta məktəblərdə 65 yaşı tamam olan kimi fəaliyyəti dayandırılır. Bu, səhiyyə müəssisələrində də belədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deputat Məlahət İbrahimqızı deyib.
O təklif edib ki, Əmək Məcəlləsində bununla bağlı maddələr götürülsün:
"Fiziki sağlamlığına baxılsın, müəyyən parametrlər tətbiq olunsun. Universiteti bitirənlər, xaricdə oxuyanlar rayonlara getmirlər. Ona görə də kadr çatışmazlığı var".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
- Sahil Babayev: "Heç vaxt işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz"
Rəylər