Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Daxili işlər naziri Quba rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Oxu.Az xəbər verir ki, nazir əvvəlcə Quba rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 296 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
24 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
- Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
- Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
- Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək
- Vilayət Eyvazov TDT üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib
Rəylər