Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ edildi
"Mövsümün ən dadlı meyvələrindən biri olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur".
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb.
Xəbərdarlıqda deyilir ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir.
Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir.
Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
"Kliniki Tibbi Mərkəz" teqi üzrə xəbərlər
- Bakıda araqdan zəhərlənən kişi öldü
- İlan sancan hamilənin həyatı qurtarıldı, körpəsi dünyaya gəldi
- COP29 zamanı tibb müəssisələri necə işləyəcəklər? - TƏBİB-dən AÇIQLAMA
- Satıcılar alıcılara çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər"
- Dövlət xəstəxanalarında BİABIRÇILIQ - Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı