Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.
Qeyd edək ki, COP29 zamanı FINS Initiative adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.
11 gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayiş olacaq.
"COP29" teqi üzrə xəbərlər
- Erməni lobbisinin arqument böhranı
- Britaniyanın xarici işlər naziri: "COP29 sazişi vacib bir addımdır"
- UNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub"
- "Haber Global": "COP29-da 300 milyard dollarlıq iqlim razılaşması əldə edildi"
- Kritik qlobal problemlər Bakıda həllini tapdı: COP29-un 13-cü günündə yaşananlar