Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda 18 min yeni iş yeri yaradılıb
2024-cü ilin I rübündə Bakı şəhərində 18 min yeni iş yeri yaradılıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 22,8% artıb. Belə ki, 2023-ci ilin I rübündə Bakıda 14 657 yeni iş yeri açılmışdı.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 17 348 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 612 yeni iş yeri açılıb.
Xatırladaq ki, cari ilin I rübündə Bakıda 2 279 yeni müəssisə və təşkilat, 4 156 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 30,0%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 25,0% azalıb.
Rəylər