Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın cənubunda zəlzələ olub
Azərbaycanın cənub hissəsində 3.1 maqnitudalı zəlzələ olub.
Oxu.Az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatına istinadən bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.
"Respublika Seysmoloji Xidmət Mərkəzi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər