Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alındı
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub.
Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.
O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.
Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar