Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.
Bu barədə Oxu.Az-ın redaksiyasına məlumat verilib.
Oxu.Az-ın əməkdaşı şəxsiyyət vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı ilə əlaqə saxlayıb.
F.Heydanlı doğum haqqında şəhadətnaməsinin qeydiyyata səhv alındığını qeyd edib:
"Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portalda da qeydiyyatda kişi cinsi olaraq düşüb. Mən buna fikir verməmişdim. Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni "qadın". Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.
Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, "ASAN xidmət"lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib".
Nəzrin Vahid
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?
Rəylər