Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Ukrayna dairəsi"ndə nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, "Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.
Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur:
"Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.
Layihə həyata keçirildikdən sonra:
- münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
- dairənin buraxılış qabiliyyəti artırılacaq;
- hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
- piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur".
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Avtobuslar arasındakı interval narazılıq yaradır: "Yollarda qalırıq, nə qədər gözləyək?"
- Qəzaların tez-tez baş verdiyi prospektdə 120-dən çox işıqfor quraşdırıldı
- "Mastercard" "Bakı Taksi Xidməti", ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir
- Sərnişinlərə ŞAD XƏBƏR: Bir neçə istiqamət üzrə şəhərlərarası avtobuslar yenilənir
- Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısına avtobusların GİRİŞİ MƏHDUDLAŞDIRILDI
Rəylər