Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Arazın üçrəngli "kəməri": Xudafərinin azad olunmasından dörd il keçir
Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini Ermənistanın işğalından azad etməsindən dörd il keçir.
Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev "X" hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb:
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - deyə ölkə başçısı bildirib.
Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı məruzə edir.