Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aqil Abbas: "Qarabağda torpaqları yerli camaata icarəyə vermirlər"
"Xocalının deputatı burada oturub, lakin təəssüf ki, danışmır. Xocalıda torpaqları yerli camaata icarəyə verməyiblər. Bu prosesdə bir nəfər də olsun qarabağlı iştirak etmir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Aqil Abbas deyib.
"Bu torpağı verin camaata, gedib əkib-becərsinlər. Adam var Xocalıda hektarlarla torpaq icarəyə götürüb, amma Xocalıdan deyil. Bunu Xocalı sakinlərinə vermək lazımdır. Belə problemlərlə ciddi məşğul olmaq lazımdır. Azad edilən ərazilərdə quruculuq işləri gedir, adamın ürəyi açılır, o qədər sürətlə iş gedir. Amma torpaqlar yerli camaata icarəyə verilmir", - deyə A.Abbas qeyd edib.
Mərahim Nəsib
Rəylər