Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağstafada ər və arvad faciəli şəkildə öldülər - TƏFƏRRÜAT
Ağstafada baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
Hadisə rayonun Qırılı kəndində baş verib.
Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığırmış. Bu zaman hasar aşıb, Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar.
Mərhum F. İsmayılovun qardaşı Mehman İsmayılov bildirib ki, səhər saatlarında üzümü yoldaşının işə aparması üçün yığırmışlar:
"Hasarın hər iki tərəfinə nərdivan söykəyiblər. Qopan daş əvvəlcə qadının üzərinə düşüb. Yoldaşı daşı tutmaq istəyərkən ayağı ilişərək yıxılıb və hasar hər iki tərəfdən üstlərinə aşıb".
Bədbəxt hadisədən 20-25 gün əvvəl isə nəvələri vəfat edibmiş.
Ətraflı Baku TV-nin süjetində:
Ağstafada bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.
Kənd sakini Füzuli İsmayılov nərdivanı hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər